Türkiyə superliqasında ötən həftə doğma meydanında "Qalatasaray"a məğlub olan "Trabzonspor" bu dəfə səfərdə uduzub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Qara dəniz komandası səfərdə "Çaykur Rizespor"a məğlub olub.
Baş hakim Ümit Öztürkün idarə etdiyi oyundakı yeganə qolu 78-ci dəqiqədə Varesanoviç vurub.
"Trabzonspor" bu məğlubiyyətlə 37 xalla 3-cü pilllədə qalıb, Rize komandası 35 xalla 5-ci pilləyuə yüksəlib.
Fərid
MİA.AZ