Xəbər verdiyimiz kimi "ATV" telekanalında yayımlanan "Bizimləsən" proqramının efir yayımı yarımçıq dayandırılıb.
ATV kanalının bədii şurasının rəhbəri Etibar Babayev doğru qərarın verildiyini bildirib: "Yayımın dayandırılması ilə bağlı qərar mənim iştirakım olmadan verilib. Əgər efirdə qeyri-etik ifadələr işlədildiyinə görə verilişi bağlayıblarsa, doğru ediblər. Yəgin ki, bu, ATV-nin rəhbərliyinin mövqeyidir".
Qeyd edək ki, bu gün "Bizimləsən" verilişinin yayımı zamanı efirdə qeyri-etik hərəkətlərə yol verilib. Baş verən bu hadisədən sonra "Bizimləsən" proqramının efiri yarıda dayandırılıb(Manset.az).
***
"ATV" telekanalında yayımlanan "Bizimləsən" proqramının efir yayımı yarımçıq dayandırılıb.
Məlumata görə, bu gün "Bizimləsən" verilişinin yayımı zamanı efirdə qeyri-etik hərəkətlərə yol verilib. Baş verən bu haldan dərhal sonra "Bizimləsən" proqramının yayımı yarımçıq dayandırılıb.
Məsələ ilə bağlı "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyev Demokrat.az-ın telefon zənglərinə cavab verməyib.
Xatırladaq ki, teleaparıcı Zaur Baxşəliyevin müəllifi olduğu “Bizimləsən” verilişinin yayımının dayandırılması ilk hal deyil. Bundan öncə də sözügedən verilişin yayımı dayandırılmışdı və buna görə telekanal cərimələnmişdi.