90+4. dəqiqədə vurulan penalti qolu ilə "Başakşehir"i 1-0 məğlub edən "Fənərbağça" çempionluq yolunda çox kritik 3 xal qazansa da, son həftələrdəki oyun üslubu tənqidlərə tuş gəlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, kifayət qədər gərgin keçən matçı məşhur şərhçi Rıdvan Dilmen TV8.5-də dəyərləndirib.
O bildirib ki, 90+4-də vurullan qol baş məşqçi İsmayıl Kartalı çox rahatladıb: "İsmail Kartal və oyunçu qrupunda çox stress var, buna mütləq bir çarə tapılmalıdır. Baxın, "Fənərbağça" azarkeşləri üçün çox çətin illərdir. Əgər "Fənərbaxça" bu matçda qalib gəlməsəydi, onlar və futbolçular daha çox stressə düşəcəkdi. Üzərlərində zatən hədsiz basqı var. Diqqət edin, 7 və 6 qol vuran "Fənərbaxça" son 3 matçda ancaq 1 qol atır. Bunun səbəbi 10 ildir davam edən çempion olmama qorxusudur. İsmail Kartal 4-4-2-yə çox gec qayıtdı. "Fənərbaxça" 45-ci dəqiqədə mərkəz hücumçusuna keçməli idi, lakin İsmail Kartal narahat olduğu üçün gec dəyişiklik etdi. "Fənərbaxça"da stress yaşayan ən çox İsmayıl Kartaldır. “Fənərbaxça”nın heyəti çox təcrübəlidir, İsmail Kartalın indi daha çox risk alması lazımdır. Çempionluq yarışında risklər qaçılmazdır”.
Fərid
MİA.AZ