"Çaykur Rizespor" daha iki futbolçu transfer edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub TFF 2-ci Liqa komandalarından olan "Bursaspor"un qapıçısı Canberk Yurdakul və yarımmüdafiəçi Ozan İsmail Koçla anlaşıb.
Məlumata görə, 22 yaşlı Yurdakul və 23 yaşlı Koç 3,5 il müddətinə "yaşıl-mavi" klubla müqavilə imzalayıb.
Fərid
MİA.AZ