Futbolçu karyerası ərzində "Fənərbağça"da da çıxış edən Nikolas Anelka yenidən Türkiyəyə dönür.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Anelkanı bu dəfə Türkiyəyə "Ümraniyespor" klubu dəvət edib.

Ümraniyespor Klubunun sosial media hesabından yayılan videoda Nikolas Anelkaya yer verilib.

Bildirilir ki, keçmiş fransız futbolçu “Ümraniyespor” klubunda baş direktor vəzifəsini icra edəcək.

Fərid

MİA.AZ