Türkiyədə 109 kiloqram kokain ələ keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Yunanıstanla sərhəddə yerləşən Ədirnədə beynəlxalq narkotik ticarəti ilə məşğul olan təşkilatlara qarşı həyata keçirilən “Narkogüç-45” əməliyyatı çərçivəsində yük maşınının qoşqusuna baxış zamanı 77 müxtəlif bağlamada 109 kiloqram kokain aşkarlanıb.
Məlumata görə, faktla bağlı hələlıik bir nəfər saxlanılıb, araşdırma davam edir.
Daxili İşlər naziri Ali Yerlikaya sosial media hesabında bildirib ki, cinayətkarlara qarşı amansız mübarizəyə bir an belə fasilə verilməyəcək: "Dəyərli millətimizin ölkəmizi zəhər tacirlərindən təmizləməkdə qərarlı olduğumuzu bilməsini istəyirəm. İstər milli, istərsə də beynəlxalq olsun, zəhər tacirlərinə qarşı əməliyyatlarımız dayanmadan davam edəcək".
Firudin Səfərli
MİA.AZ