Bu gün Türkiyə Super Liqasında “Antalyaspor” "Sivasspor"u sınağa çəkib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş hakim Turqut Domanın idarə etdiyi oyunda meydan sahibləri qalib gəlib - 2:1.

Oyunda hesabı 13-cü dəqiqədə “Sivasspor”dan Koita açıb. Lakin “Antalyaspor” 28-ci dəqiqədə penaltidən Adam Buksa və 45-ci dəqiqədə Dario Sariçlə qələbə qollarını vurub.

Bu qələbə ilə "Antalyaspor" 33 xalla 5-ci pilləyə yüksəlib.

"EMS Yapı Sivasspor" isə 26 xalla 13-cü pillədə qalıb.

Fərid

MİA.AZ