Türkiyədə uzun illərdir yayımlanan müxalifyönlü FOX TV telakanalının adı dəyişdirilib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu qərardan dərhal sonra sosial şəbəkələrdə FOX TV-nin satılıb-satılmaması sualı gündəmə çevrilib. 

Lakin kanal və müvafiq qurumlar bu barədə hər hansı açıqlama verməyiblər.

Kanalın adını və loqosuunu dəyişməsi barədə xəbəri isə Radio vəTeleviziya Üst Kurumu (RTÜK) üzvü İlhan Taşçı X sosial media hesabındakı paylaşımı ilə təsdiqləyib: "FOX TV adını və loqosunu rəsmən dəyişdi. İndi Now TV-dir.  RTÜK dəyişiklik tələbini uyğun görüb və təsdiqləyib".

Samir Musayev

MİA.AZ