Türkiyə superliqasında "Siltaş Yapı Pendikspor" öz meydanında "Kasımpaşa"nı qəbul edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 3 həfət əvvəl “Pendikspor”a "fənrəbağça"dan transfer olan Umut Nayirla "Kayseürispor"dan alınan Mame Thiam bu dəfə də komandalarını qələbəyə daşıyıb.
Belə ki, “Siltaş Yapı Pendikspor” öz meydanında “Kasımpaşa”nı 3:2 hesabı ilə məğlub edib.
Matçın 6-cı dəqiqəsində Coher Rassoul avtoqola imza ataraq "Kasımpaşa"nı 1-0 önə keçirib.
Meydan sahiblərindən Umut Nayir 19-cu dəqiqədə hesabı bərabərləşdirib.
25-ci dəqiqədə Gökhan Gül Kasımpaşanı yenidən önə keçirdi: 1-2.
Mame Thiam 44-cü dəqiqədə penaltidən tarazllığı bərpa edib.
Oyunda sonnöqtəni isə 90-cı dəqiqədə yenə Thiam qoyub - 3:2.
Bununla da “Kasımpaşa” 29 xalla 9-cu yerdə qalıb. Ardıcıl 2-ci qələbəsini qazanan “Pendikspor” isə 22 xalla 17-ci pilləyə yüksəlib.
Fərid
MİA.AZ