ABŞ-ın Alabama ştatında məhkəmə məhkumla bağlı sensasiyalı cəza qərarı verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 2022-ci ildə onu öldürücü inyeksiya ilə edam etmək cəhdindən sağ çıxan məhbus Kennez Eugene Smitin cümə axşamı günü azot qazı ilə edam edilməsi planlaşdırılır.
Məlumata görə, Smit 2022-də zəhərli iynə ilə ölümə məhkum olunub. Ancaq təxminən dörd saat edam kamerasında bağlı qalan məhkuma iki venadaxili xəttin birini yerləşdirmək mümkün olmayıb: "Beləliklə, edam qanunla müəyyən edilmiş müddətdə həyata keçirilə bilmədiyi üçün təxirə salınıb. Həmin vaxtdan onunla bağlı hökmün icrası ləöngimişdi. Bu günlərdə isə Alabama məhkəməsi onun zəhərli qazla ölümünə qərar verib. Əgər qərardan şikayət verlməsə, o zmana cümə axşamı o, bu üsulla öldürüləcək".
ABŞ mətbuatı yazır ki, bu insanlıq xarici cəza Alabama, Missisipi və Oklahoma ştatlarında ölüm cəzası üsulu kimi təsdiqlənib: "Ancaq heç vaxt Amerikada bu üsulla məhbus ölümü icra olunmayıb. Təklif edilən edam metodu Smitin burnuna və ağzına qaz maskası keçirərək nəfəsliyə oksigen əvəzinə azot qazı verilməsini özündə birləşdirir...".
Bu qeyri-insani təcrübə insan haqları təşkilatlarını ayağa qaldırıb. Hazırda Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Şamdasani bunu dəhşətli akt sayıbvə yolverilməz olduğunu bəyan edib.
Bir çox insan haqları təşkilatları da hökmə qarşı çıxıblar.
Firudin Səfərli
MİA.AZ