Almaniya Bundesliqasında "Bavariya" "Verder"lə qarşılaşmadan gözlənilməz nəticə ilə ayrılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ilk hissəsi qolsuz başa çatan oyunun 59-cu dəqiqəsində qonaqlar hesabı açıb.
Miçel Vayzerin vurduğu qol oyunda yeganə olub.
Bu nəticədən sonra 41 xalda qalan "Bavariya" ilə məğlubiyyətsiz davam edən "Bayer" arasındakı xal fərqi 7-yə yüksəlib.
"Verder Bremen" isə xalını 20-yə çatdırıb.
Fərid Aslan
MİA.AZ