Şəmkir rayonunda qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi açılıb.

Mia.az Şəmkir rayon prokurorluğuna istinadla xəbər verir ki, yanvarın 18-də saat 15 radələrində Şəmkir rayonunun Dəllər-Cəyir kəndində yerləşən şadlıq saraylarından birində 1973-cü il təvəllüdlü Elsevər Əkbərliyə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı rayonun Dəllər-Cırdaxan kənd sakini, 2007-ci il təvəllüdlü Umud Cəfərovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Elsevər Əkbərlini qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb, Umud Cəfərov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.