3 aydan artıq savaşın hökm sürdüyü Qəzzada daha bir jurnalist həlak olub.

Mia.az xaric mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media Ofisi açıqlama yayıb.

Məlumata göərə, da, "Əl-Qüds əl-Yəvm" kanalının baş direktoru Vail Rəcəb Əbu Funune bu gün İsrailin bombardmanı nəticəsində həyatı ilə vidalaşıb.

Xəbərdə deyilir ki, bununla da oktyabrın 7-dən etibarən Qəzzada həlak olan jurnalistlərin sayı 119-a yüksəlib.

Tahir Şəlvəli

MİA.AZ