Məşhur futboçu Kərim Benzema Səudiyyə Ərəbistanını tərk edib.
Mia.az xaric mətbuata istinadla xəbər verir ki, mövsümün əvvəlində "Əl-İttihad"la 3 illik müqavilə imzalayan Kərim Benzema gözlədiyini Səudiyyə Ərəbistanında tapa bilməyib.
Yayılan məlumata görə, Ərəbistanıda rahat olmadığını və buna görə komandadan ayrılmaq istədiyi bildirilən 36 yaşlı futbolçu 2 gün məşqləər qatılmayıb: "O, dekabrın 30-da Ərəbistanı tərk edib".
Məlumatda o da deyilir ki, baş məşqçi Marselo Qalardonu artıq onun adını Dubaydakı hazırlıq düşərgəsinə yollanan heyətdən də çıxarıb.
İspaniyanın məşhur "Marca" nəşri isə yazıb ki, Kərim Benzema Avropaya qayıtmağa qərar verib: "Onun adı nəhəng klublarla hallanır. Böyük ehtimalla o, “Çelsi”nin formasını geyinəcək".
Onu da qeyd edək ki, Əl-İttihad"ın heyətində 18 oyuna çıxan Benzema 10 qol vurub, 5 qola isə assistentlik edib.
Fərid
MİA.AZ