"Başakşehir" israilli futbolçu Eden Karzevlə müqaviləyə xitam verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub bəyanat yayıb.
Bildirilib ki, futbolçunun yanvarın 14-ü şəxsi sosial media hesabında Türkiyənin həssaslığına zidd paylaşımından sonra onun klubda qalması münasib sayılmayıb.
Klubun bəyanatına görə, həmin paylaşıma görə, futbolçu barədə araşdırma aparılıb, ondan zahat alınıb: "Nəhayət, onun Türkiyədə futbol oynaması məqbul sayılmayıb və müqaviləyə xitam verilib".
Xatırladaq ki, Karzev Qəzzada gedən döyüşlərin 100-cü günü ilə bağlı "100 gün" başlıqlı paylaşım (aşağıda həmin paylaşım verilib - Mia.az) edib. Məhz bu paylaşıma görə Karzev hətta istintaqa cəlb olunub, onun prokurorluqda izahatı alınıb. Bundan sonra o, paylaşımı silib.
Onu da qeyd edək ki, ötən gün "Antalyaspor" - "Trabzonspor" matçında qol vurduqdan biləyindəki İsraillə bağlı yazı paylaşmasına görə "Antalyaspor"lu Saqiv Jehezkel də örokururluqda ifadə verib, daha sonra o, ölkədən deport olunub.
Fərid
MİA.AZ