Fatih Terimin baş məşqçisi olduğu “Panatinaikos” Yunanıstan kubokunun daha bir üst mərhələsinə yüksəlib.

Mia.az xaric mətbuata istinadla xəbər verir ki, "Panatinaikos" Yunanıstan kubokunda əcəli rəqiblərindən “Olimpiakos”la penaltilərlə 7:6 hesabı ilə məğlub edəərk, 1/4-ə yüksəlib.

Qeyd edək ki, Georgios Karaiskakis stadionunda keçirilən oyunun əsas vaxtında qapılara qol vurulmayıb - 0:0.

Oyunda digər maraqlı məqam isə "Panatinaikos"un "Fənərbağça"dan heyətinə qatdığı Səməd Akaydın 106-cı dəqiqədə oyuna hücumçu kimi daxil olması olub.

Yunan mətbuatı yazır ki, "Panatinaikos"da zədə səbəbindən hücumçu qalmadığında, Fatih Terim Səməd Akaydını forvard mövqeyində oynatmağa məcbur qlaıb. Onun bu jesti azarkeşlərin təqdirini toplayıb.

Fərid

MİA.AZ