Türkiyədə Yunanıstana qaçmaq istəyən 4 terrorçu saxlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ədirnə valiliyi açıqlama veirb.
Valilikdən verilən açıqlamaya görə, şəhər Jandarma Komandanlığı 2-si terror təşkilatı PKK, 1-i FETÖ və 1-i DHKP/C üzvü olmaqla, sərhəddən qanunsuz yolla qonşu ölkəyə qaçmağa cəhd edən 4 şübhəlini qandallayıb: "Xaricə qaçmaq istəyərkən Yunanıstan sərhədində yaxalanan terror təşkilatı üzvləri ilə bağlı jandarma əməliyyatları davam edir".
Firudin Səfərli
MİA.AZ