Ziraat Türkiyə Kubokunun 5-ci turunda arda Turanın baş məşqçisi olduğu "Eyüpspor"u sınağa çəkən "Beşiktaş" birinci liqa təmsilçisi ni asanlıqla devirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Beşiktaş” "Eyüpspor"u 4:0 hesabı ilə məğlub edib.
Oyuna gəldikdə isə, "Beşiktaş" 16-cı dəqiqədə Salih Uçanın qolu ilə 1-0 önə keçib. 36-cı dəqiqədə Cenk Tosun penaltidən fərqi ikiyə çatdırıb.
Cenk Tosun 67-ci dəqiqədə daha bir qola imza atıb - 3:0.
87-ci ildə Ante Rebiç səhnəyə çıxıb - 4:0
Beləliklə, Arda Turanın komandasını darmadağın edən “Beşiktaş” 1/16 tura yüksəlib.
Fərid
MİA.AZ