"MKE Ankaragücü" klubunun baş məşqçisi Emre Belözoğlu Ziraat Türkiyə Kubokunun 5-ci turunda "Çaykur Rizəspor"u 3:1 hesabı ilə məğlub etdikləri matçdan sonra açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, matçda qələbəyə tam layiq olduqlarını bildirib:

"Həm liqada, həm də kubokda hədəfləri olan komandayıq. Enerjisi yüksək olan oyunçularəm var. Təmiz qələbə qazandıq, futbolçularımı təbrik edirəm. Bu hesab oyunun haqqı idi. Kubok oyunlarılnda sona qədər davam etmək istəyirik".

Fərid

MİA.AZ