Naxçıvanda ticarət mərkəzində yerləşən ev alqı-satqı ofisində çoxsaylı vətəndaşlara məxsus anket məlumatları aşkar olunub.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla bildirib ki, aparılan araşdırmalar zamanı N.Məmmədovun sığorta şirkətində çalışdığı müddətdə vətəndaşlara onların evlərini sığortalamağı təklif etməklə məlumatlarını əldə etdiyi məlum olub.

N.Məmmədov ifadəsində 2000-dən çox şəxsin məlumatlarını bu yollarla əldə etdiyini və ev alqı-satqı işində həmin məlumatlardan istifadə etdiyini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi vətəndaşları ayıq-sayıq olmağa, işbazların şirnikləndirici təkliflərinə inanmamağa və onların qurbanına çevrilməmək üçün bu kimi detallara diqqət etməyə çağırır.