İtaliya A Seriyasının komandalarından olan "Roma" baş məşqçi Joze Mourinyo ilə yollarını ayırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, Joze Mourinyonun müqaviləsinə xitam verilib: ""Roma"ya verdiyi töhvəyə görə Joze Mourinyo və komandasına təşəkkür edirik".
Xatırladaq ki, liqada keçirdiyi son 5 matçda 3 məğlubiyyət, 1 qələbə və 1 heç-heçə edən "Roma" 29 xalla 9-cu pillədə qərarlaşıb.
Onu da qeyd edək ki, portuqaliyalı çalışdırıcı “Roma” ilə Konfrans Liqasının kubokunu qazanıb.
Fərid
MİA.AZ