Türkiyənin Mersin şəhərində D-400 magistral yolunda ağır qəza baş verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mersinin Aydıncık səmtində Marmaris istiqamətində hərəkət edən sərnişin avtobusu əvvəlcə baryerlərə çırpılıb, daha sonra aşıb. 

Məlumata görə, dəhşətli qəzada 9 nəfər ölüb, 30 nəfər yaralanıb.

Mersin valisi Ali Həmzə Pehlivan qəza ilə bağlı paylaşım edib.

O, ölənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib. Vali qeyd edib ki, hadisə Bakı vaxtilə saat 02.15-də şəhər mərkəzindən təxminən 170 kilometr aralıda baş verib: "40 sərnişin və 3 sürücü üzvü ilə Mersin istiqamətində hərəkət edən sərnişin avtobusu Sarıyar tunelinin çıxışında sürücünün idarəetməni itirməsi nəticəsində aşıb. Nticədə 9 vətəndaşımız vəfat edib, 30 vətəndaşımız yaralanıb. Xəsarət alan vətəndaşlarımız rayon və şəhər mərkəzindəki xəstəxanalara çatdırılıb. Həlak olan vətəndaşlarımıza Allahdan rəhmət, ailələrinə başsağlığı verirəm".

Firudin Səfərli

MİA.AZ