"Beşiktaş" Kamerunlu futbolçu Vinsent Aboubakarın mübadilə yolu ilə transfer ediləcəyi ilə bağlı iddiaları yalanlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klubun açıqlamasında deyilir: "Sosial şəbəkələrdə futbolçumuz Vinsent Aboubakarın dəyişdiriləcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Vinsent Aboubakar klubumuzun oyunçusudur və hazırda Kamerun millisinin düşərgəsindədir. Müalicəsi davam edən futbolçumuz Abubakarın bir anca sağlığına qovuşub, komandamızla birgə olmasını istəyirik".
"Beşiktaş" sözçüsü Feyyaz Uçar isə deyib ki, baş məşqçi kamerunlu qolçu ilə görüşəcək: "Bizim 2 mərkəz hücumçumuz var. Abubakar Afrika Kubokundan qayıdanda 3 olacaq. Baş məşqçimiz Fernando Santos artıq heyətdən kənarda qalan futbolçularla bağlıgörüşəck, hersab edirəm o, kamerunlu futbolçu ilə də bir araya gələcək".
Fərid
MİA.AZ