"Trabzonspor" matçında qol vurduqdan sonra etdiyi hərəkətə görə açılan istintaq çərçivəsində saxlanılan və daha sonra haqqında deport qərarı verilən "Antalyaspor"un israilli futbolçusu Sagiv Jehezkel Türkiyədən dərhal ayrılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İsrailli futbolçu "Antalyaspor" klubunun vitse-prezidenti Alkan Evren açıqlama verib.
O bildirib ki, heyətdən kənarlaşdırılmış futbolçu ölkəsinə qayıtmaq üçün Antalyadan şəxsi təyyarə ilə ayrılıb.
Xatırladaq ki, Saqiv Jehezkel sözügedən oyunda vurdğu qoldan sonra Qəzzaya hücumlarının 100-cü günü ilə bağlı biləyindəki sarğıda "Davidin ulduzu" və "100 gün. 7 oktyabr" yazılarını nümayiş etdirməklə, İsrailə dəstək verib.
Bundan sonra Antalya Prokurorluğu tərəfindən Sagiv Jehezkel barəsində istintaqı başladılıb. 28 yaşlı israilli futbolçu "ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək" maddəsi ilə ittiham olunsa da, o, bunu qəsdən etmədiyini, məqsədinin savaşın bitməsi olduğunu deyib. Buna baxmayaraq, Türkiyə müvafiq qurumu onun barəsində deport qərarı çıxarıb.
Fərid
MİA.AZ