Xəbər verdiyimiz kimi, dünən axşam "Antalyaspor" - "Trabzonspor" matçında israilli futbolçu Saqiv Jehezkelin vurduğu qoldan sonra biləyindəki yazıları kameralara göstərməklə, heytədən kənarlaşdırılmaqla yanaşı, saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, biləyinə yazılmış "David ulduzu və 7 oktyabr hücumunun 100-cü günü" sözlər prokurorluqdakı ifadədə məqsədli göstərmədiyini bildirib:"Mən heç kimə qarşı təxribat etməmişəm, bu hərəkətim də məqsədli olmayıb. Mən müharibə tərəfdarı deyiləm, onun dərhal bitməsini istəyirəm. Çünki Qəzzada əsir düşən İsrail əsgərləri də var. Mən bu 100 günlük savaşa son verilməsini istəyirəm. Ona görə də burada qoldan sonra işarəni göstərdim. Mən siyasətlə heç bir əlaqəsi olmayan adamam. Gələndən bəri siyasətlə bağlı heç bir hərkət və ya davranışım olmayıb. Bura gəldiyim gündən bəri heç kimə hörmətsizlik etdim. Diqqət çəkmək istədiyim məqam müharibənin bitməsi idi”.

Xəbərdə deyilir ki, futbolçu ilə bağlı son qərarı məhkəmə verəcək.

Fərid

MİA.AZ