“Trabzonspor” matçında qol vurduqdan sonra biləyində “7 oktyabr hücumunun 100-cü günü” sözlərini və "Davidin ulduzu"nu göstərən “Antalyaspor”un futbolçusu Saqiv Jehezkel prokurorluq tərəfindənsaxlanılaraq ifadəsi alındıqdan sonra ölkədən deport edilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkənin müvafiq qurumları onun ölkə maraqları və qanunlarına zidd paylaşımını təxribat sayaraq, belə qərar qəbul edib: "Artıq İsrailli futbolçunun deportasiyasına qərar verilib".
Qeyd edək ki, israilli futbolçunun prokurorluqdakı ifadəsi bu gün yayılıb. O, ifadəsində qeyd edilən hərəkəti məqsədli etmədiyini yazıb: "Bu hərəkətim də məqsədli olmayıb. Mən müharibə tərəfdarı deyiləm, onun dərhal bitməsini istəyirəm. Qəzzada əsir düşən İsrail əsgərləri də var. Mən bu 100 günlük savaşın bitməsini istəyirəm. Ona görə də burada qoldan sonra işarəni göstərdim. Mən siyasətlə heç bir əlaqəsi olmayan adamam. Gələndən bəri siyasətlə bağlı heç bir hərkət və ya davranışım olmayıb. Bura gəldiyim gündən bəri heç kimə hörmətsizlik etdim. Diqqət çəkmək istədiyim məqam müharibənin bitməsi idi”.
***
“Antalyaspor” klubu israilli futbolçu Saqiv Jehezkeli heyətdən kənarlaşdırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb Trabzonspor” matçında onun qol vurduqdan sonra etdiyi davranış olub.
Belə ki, Saqiv Jehezkel qoldan sonra İsrailin Qəzzaya hücumlarının başlama tarixinə işarə edərək biləyində "Davidin ulduzu" və "100 gün. 7 oktyabr" yazılarını göstərərək İsrailin savaşına dəstək nümayiş etdiirb.
Türkiyə mətbuatı yazır ki, onun qol sevincni belə qeyd etməsi çoxsaylı etirazlara səbəb olub.
Məsələ ilə bağlı "Antalyaspor" açıqlama yayaraq, yol verdiyi hərəkət səbəbindən Jehezkeli heyətdən uzaqlaşdırdıqlarını elan edib: ““Trabzonspor”la oynadığımız matçın 68-ci dəqiqəsində qol vurduqdan sonra biləyindəki yazıları paylaşaraq ölkəmizin milli dəyərlərinə zidd hərəkət edən Sagiv Jehezkelin heyətdən kənarlaşdırılmasına qərar verilib. İdarə heyətimiz çempionluq və ya kubok oyunu olsa belə, ölkəmizin həssaslığına qarşı davranışa heç vaxt icazə verməyəcək”.
Fərid
MİA.AZ