Türkiyədə barəsində həbs qərarı olan mafiya üzvü uzun müddət qaçıb gizlənsə də, ötən gün qandallanıb.
Mia.az Türkiyə mətbuatın aistinadla xəbər verir ki, İzmirdə 8 il 7 gün həbs cəzası alan "Kıranlar" cinayət çetesinin fərari üzvü polisin keçirdiyi əməliyyatla saxlanılıb.
Məlumata görə, İzmir polisi 2021-ci ildə Tire məhəlləsi və ətraflarında qanunsuz fəaliyyətləri səbəbilə “Kıranlar” kimi tanınan mafiya üzüvlərinə qarşı əməliyyat keçirib. Həmin əməliyyat zamanı çetenin fəal üzvü L.K. qaçaraq gizlənə bilib.
Lakin polis onun yerini dünən müəyyən edərək qandallayıb və barəsində qiyabi çıxarılan 8 il 7 günlük cəzasını çəkməsi üçün həbsxanaya yollayıb.
Tahir Şəlvəli
MİA.AZ