Türkiyə superliqasının 16-cı həftə üzrə təxirə salınan matçında "Trabzonspor" "Samsunspor"u məğlub edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Qara dəniz komandası oyundan qalib ayrılıb - 2:1.
Bununla da “Trabzonspor” məğlubiyyətsizlik seriyasını 5 matça çatdırıb.
"Bordo-mavili"lərə qələbə qazandıran qolları 21-ci dəqiqədə Filip Benkoviç, 45-ci dəqiqədə isə Paul Onuaçu vurub.
"Samsunspor"un yeganə qoluna 90+5-d penaltidən Taylan Antalyalı imza atıb.
Bu qələbə ilə “Trabzonspor” 36 xalla 3-cü pilləyə yerləşib.
“Samsunspor” isə 18 xalla 17-ci pillədə qərarlaşıb.
Onu da qeyd edək ki, milli komandanın baş məşqçisi Vinçenzo Montella matçı stadiondan izləyib.
Fərid
MİA.AZ