Rusiya məhkəməsi azərbaycanlı bloger Tural Məmmədovu fevralın 15-ə kimi həbsdə saxlayıb.
Mia.az xəbər verir ki, Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
O, məhkəmədə ifadəsində Rusiyadan qaçmaq fikrində olmadığını söyləyib.
Vəkili Məmmədovun həbs müddətinin uzadılmasına etiraz edib, həmçinin bildirib ki, Məmmədov beynəlxalq axtarışa verildikdən sonra Azərbaycana, haradan ki, ekstradisiya olunub, qaçmayıb, qohumlarına baş çəkməyə gedib. Məhkəmə ittiham tərəfinin etirazını qəbul etməyib, Tural Məmmədovun həbs müddəti uzadılıb. Bu qərarı Sankt-Peterburqun Oktyabrski rayon məhkəməsi çıxarıb. Məmmədov ən azı fevralın 15-dək dəmir barmaqlıqlar arxasında qalacaq.
Qeyd edək ki, bloger Tural Məmmədov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci bəndi (bir qrup şəxs tərəfindən vətəndaşlara qarşı zorakılıq tətbiq etməklə törədilən xuliqanlıq), həmçinin, 282-ci maddə (informasiya və telekommunikasiya şəbəkələrindən istifadə edərək nifrətin qızışdırılmasına yönəlmiş hərəkətlər) ilə ittiham olunur.
O, noyabrda Azərbaycandan Rusiyaya təhvil verilib(APA).