Səudiyyə Ərəbistanında oynanan İspaniya Superkubokunun yarımfinalında Arda Gülərin çıxış etdiyi "Real Madrid" əlavə vaxtda Çağlar Söyüncünün formasını geyindiyi "Atletico Madrid"ə daha 2 qol vuraraq 5-3 hesabı ilə məğlub edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Real Madrid"in finala vəsiqə qazandığı oyunun 112-ci dəqiqəsində Federiko Valverdenin yerinə meydana daxil olan Türkiyə millsinin 18 yaşlı futbolçusu Arda Gülər qələbəyə çox sevindiklərini deyib:
"Bu gün mənim ilk kubok matçım idi. Oyuna son 10 dəqiqədə qoşuldum. Çox xoşbəxtik. Burada çox gözəl ailə və dostluq ab-havası var. Finalda rəqibin fərqi yoxdur. Biz "Real Madrid" olduğumuz üçün qalib gəlmək üçün oynayırıq. Ümid edirəm ki, kuboku da alarıq”.
Arda 5-6 aylıq zədəsini sağaltdığını xatırladan futbolçu qeyd edib ki, sağalan kimi heyətə cəlb olunub: "Məşqçimiz məni oynamağa vadar etdi. O, mənə güvəndiyini daim ifadə edir. Belə davam etsəm, hər şey daha yaxşı olacaq. Türkiyədən də böyük dəstək var. Hamısına təşəkkür edirəm, inşallah, bizi gözəl günlər gözləyir. Mən hələ də xəyalımın başlanğıcındayam, çox oynamıram. İnanılmaz dərəcədə yaxşı məşqlər edirik. Bura "Real Madrid"dir və onların çox keyfiyyətli heyəti var. Ümid edirəm ki, mən bu komandanın bir parçası olmağa davam edə bilərəm".
Arda 2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatından da danışıb: "Orada oynamaq üçün çox darıxıram. Yeni nəsil var. Yeni məşqçimiz var. Onlar üçün hər şey çox yaxşı gedir. Ümid edirəm ki, yayda hər şey daha yaxşı olacaq".
Fərid
MİA.AZ