Türkiyə Super Liqasının 16-cı həftəsinin təxirə salınmış oyununda "Adana Dəmirspor" səfərdə "İstanbulspor"la üz-üzə gəlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Yeni Adana Stadionu"nda hakim Murat Ərdoğanın idarə etdiyi qarşılaşma bərabərliklə bitib - 2:2.
"Adana Dəmirspor"un qollarını 29-cu dəqiqədə Yusuf Barasi və 78-ci dəqiqədə Andre Gravillon, "İstanbulspor"un qollarını isə 80-ci dəqiqədə Modestas Vorobjovas və 84-cü dəqiqədə Demeako Duhaney vurublar.
Bu nəticə ilə "Adana Dəmirspor" xallarını 29-a yüksəldib. "İstanbulspor" isə 6 xalla sonuncu yerdə qalıb.
Fərid
MİA.AZ