Trendyol Super Liqasının 16-cı həftəsi təxirə salınan matçda "Fənərbağça" "Konyaspor"u darmadağın edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Baş hakim Kadir Sağlamın idarə etdiyi qarşılaşma "Fənərbağça"nın 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Fənərbağça"nın qollarını 11, 32 və 40-cı dəqiqələrdə Edin Dzeko, 42-ci dəqiqədə Mert Müldür, 44-cü dəqiqədə Şimanski, 63-cü dəqiqədə Batşuayi və 83-cü dəqiqədə Uğurcan Yazgılı (öz qapısına) vurub.

"Konyaspor"un yeganə qoluna isə 90-cı dəqiqədə Gilyerme imza atıb.

Bununla da İstanbul komandası xalını  50-yə yüksəldərək, liderlik mövqeyini qoruyub. 

Liqada 9-cu məğlubiyyətini alan "yaşıl-ağlı"lar isə 18 xalda qalıblar.

Onu da qeyd edək ki, "Fənərbağça"nın yeni transferi olan dünyaca məşhur italyan futbolçu Leonardo Bonuççi matçı stadionda izləyib.

Fərid

MİA.AZ