Trendyol Super Liqasının 16-cı həftə təxirə salınması matçında "Atakaş Hatayspor" "Qaziantep" ilə qarşılaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mersin Stadionunda baş hakim Ümit Öztürkün idarə etdiyi qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb - 0:0.
Liqada son qələbəsini noyabrın 11-də “Qalatasaray”a qarşı alan “Hatayspor” ötən 6 həftədə meydanı 2 heç-heçə və 4 məğlubiyyətlə meydandan ayrılıb. Bu mövsüm 25 qol buraxan və 26 dəfə rəqib qapısına yol tapan Volken Demirəlin komandası hazırda 19 xalla 15-ci pillədə qərarlaşıb.
Fərid
MİA.AZ