"Beşiktaş" "Yukatel Adana Dəmirspor" ilə yollarını ayıran norveçli müdafiəçi Conas Svenssonla anlaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Beşiktaş" artıq norveçli müdafiəçi ilə müqavilə imzalayıb.
Klub futbolçunun transferi barədə məlumat yayıb və ona "xoş gəldin" deyib.
Xatırladaq ki, "Beşiktaş"ın yeni transferi 30 yaşlı sağ cinah müdafiəçisi bu mövsüm "Adana Dəmirspor"un heyətində 14, UEFA Avropa Konfrans Liqasında isə 6 matçda forma geyinib.
Fərid
MİA.AZ