Hindistanın Maharaştra əyalətinin Pune şəhərində ölkə çapında tanınan mafiya lideri Şarad Mohol küçənin ortasında güllələnib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onu öz silahdaşları güllələyib.
Məlumata görə, o, 4 nəfəər tərəfəindən izlənilərək qəfil atəşə tutulub.
Hindistan polisi hadisə ilə bağlı 8 şübhəlini saxlayıb.
Polisdən bildirilib ki, şübhəlilər öldürülən mafiya liderinin yaxın çevrəsinə daxil olan silahdaşları olub: "Onlar mafiya lideri ilə pul məsələsində anlaşa bilmədiklərindən onu öldürmək qərarına gəliblər. Nəhayət, əlverişli fürsətdə niyyətlərini icra ediblər...".
Kriminal aləmin tanınmış şəxslərindən olan Moholun barəsində qətl, soyğunçuluq və yaralanma kimi bir çox cinayət işləri var.
Firudin Səfərli
MİA.AZ