Trendyol Super Liqasının 16-cı həftəsinin təxirə salınmış matçında "Beşiktaş" səfərdə "Çaykur Rizəspor"u darmadağın edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Beşiktaş" səfərdən 4:0 hesabı ilə qalib dönüb.

“Qara-ağlar”ın gənc hücumçusu Semih Kılıçsoy iki qol və bir məhsuldar ötürmə ilə matça damğasını vurub.

Digər qollara 4-cü dəqiqədə Milot Raşica, 79-cu dəqiqədə Cenk Tosun imza atıb.

Fərid

MİA.AZ