"Həmlələrimizin mükafatını aldıq"
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri "Alanyaspor"la səfərdə 1:1 hesablı heç-heçə edən "MKE Ankaragücü" komandasının Baş məşqçisi Emre Belözoğlu oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Belözoğlu matçın çox çətin hava və meydan şəraitində oynanıldığını qeyd edib: "Belə hava şərtləri altında meydanda mübarizə aparan hər kəsi və hakimlər komitəsini təbrik etmək lazımdır".
Əmrə Belözoğlu hər şeyin özləri üçün çox yaxşı getdiyi bir vaxtda qırmızı vərəqə almalarına toxunub: "İkinci hissədə bəhrəsini verəcəyini düşündüyümüz bir gediş etdik. Ancaq səhvimiz üzündən qol buraxdıq. səhv qol. Daha sonra növbəti həmləni edərək, mükafatını aldıq...".
Fərid
MİA.AZ