Trendyol Superliqasının təxirə salınan 16-cı həftəsində səfərdə "Siltaş Yapı Pendikspor"a 1:0 hesabı ilə qalib gələn "Biteksen Antalyaspor"un baş məşqçisi Sergen Yalçın açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, qalib gəldikləri oyundan məmnun olmadığını gizlətməyb: "Yaxşı olan odur ki, 3 xal qazandıq. Matçın bizim üçün ən sevindirici tərəfi bu 3 xal oldu. Ancaq açqı demək gərəkdir ki, heç bir tərəf çox yaxşı oynaya bilmədi".

Futbolçularının ikinci hissədə göstərdiyi mübarizədən razı qaldığını bildirən Sergen Yalçın bildirib ki, oyunlaırnı yaxşılaşdırmaq üçün çox çalışmalıdırlar: "Ayın sonuna kimi 5 matçımız var. Keyfiyyəti yüksəltmək asan deyil. Bu ağır cədvəldə oyunun gedişatını hesabla əks etdirmək asan deyil. Amma oyunçularım əllərindən gələni edirlər. Artıq bu matçı unudub bazar günkü oyuna köklənəcəyik".

Fərid

MİA.AZ