Trendyol Super Liqasının təxirə salınan 16-cı həftəsində "Siltaş Yapı Pendikspor" öz meydanında "Biteksen Antalyaspor"u qəbul edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Sergen Yaılçının sükanı arxasında olan "Antalyaspor" oyundan qalib ayrılı - 1:0.

"Antalyaspor"un qələbə qolunu 19-cu dəqiqədə Bahadır Öztürk vurub.

Beləliklə, "Antalyaspor" 7-ci qələbəsini qazanaraq xallarını 28-ə yüksəldib.

Fərid

MİA.AZ