"Qalatasaray"a qalib gəlmək istəyirik".
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri "Sivasspor"un baş məşqçisi Bülent Uyğun yanvarın 11-də "Qalatasaray"la keçirəcəkləri təxirə salınmış matçla bağlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, oyuna əzmlə çıxacaqlar: "Biz cəsarətimizə yaraşan şəkildə, azarkeşlərimizin dəstəyi ilə oyuna çıxacağıq. Bu oyunda qələbə qazanaraq azarkeşlərimizi sevindirmək istəyirik".
Super Liqanın 19-cu həftəsində "Kayserispor"a 3-1 hesabı ilə qalib gəldikləri matçı xatırladan baş məşqçi bildirib ki, "Qalatasaray" matçının "Sivasspor" üçün xüsusi əhəmiyyəti var.
Fərid
MİA.AZ