İtaliyanın futbol millisi Braziliyada keçirilən dünya çempionatının qrup mərhələsində İnciltərə yığmasını məğlub.
D qrupunun qarşılaşması italiyalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Klaudio Markizio italyanları 35-ci dəqiqədə hesabda irəli çıxarıb. Amma cəmi iki dəqiqə sonra Danel Starric bərabərlik qolunu vurub. Birinci hissə 1:1 hesabı ilə başa çatıb.
İtaliya millisinə qələbəni 50-ci dəqiqədə Mario Balotellinin qolu gətirib.
İngilislər növbəti turda çempionata məğlubiyyətlə başlayan Uruqvay millisi ilə qarşılaşacaqlar. İtalyanlar isə sensasion qələbə ilə gündəmdə olan Kosta-Rika millisini sınağa çəkəcəklər.






