"Beşiktaş"ın yeni baş məşqçisi Fernando Santos İstanbula gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Portuqaliyadan köməkçi məşqçiləri ilə İstanbul Hava Limanına gələn təcrübəli çalışdırıcını "ağ-qaralar" klubunun idarəçiləri Hüseyn Yücel, Kaan Şakul, İşıl Zeybek və Burak Aslan gül-çiçəklə qarşılayıb.

Daha sonra Santos və onu müşayiət edənlər qalacaqları otelə doğru hərəkət ediblər.

Fərid

Mia.az