Elle jurnalının Kanada nəşrinin yeni nömrəsinin üz qabığını supermodel Jizel Bundhen bəzəyib.
Braziliya gözəlinin fotolarını tanınmış reklam və fashion-fotoqraf Mett Cons çəkib. Jizel jurnalın müxbiri ilə şəxsi həyatdan futbol üzrə Dünya Çempionatına qədər müxtəlif mövzularda söhbətlər edib. Supermodel etiraf edib ki, futbolun böyük azarkeşidir. "Fəxr edirəm ki, Braziliyada doğulmuşam. Təkcə futbolu deyil, Braziliya xalqının bütün ruhunu sevirəm - bunda sehrli bir şey var".
Qeyd edək ki, Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatının emblemini model Jizel Bündhen, memar Oskar Nimeyer, dizayner Hans Donner, yazıçı Paulo Koelyo, müğənni İvete Sanqalu, 2014-cü il Dünya Çempionatının təşkilat Komitəsinin sədri Rikardo Teyşeyra və FİFA-nın baş katibi Jerom Valkın daxil olduğu komissiya seçib. "İlhamlanma" (portuqalca Inspiração) adlanan rəmz "Africa" Braziliya agentliyi tərəfindən hazırlanıb./anspress/


