Trendyol Super Liqasında təxirə salınan 16-cı həftənin oyunları yanvarın 9-da keçiriləcək 4 qarşılaşma ilə başlayacaq.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat verib.
Məlumata görə, Super Liqanın 16-cı həftəsinin təqvimi belədir:
9 yanvar:
17.00 Korendon Alanyaspor-MKE Ankaragücü (Alanya Oba)
17.00 Siltaş Yapı Pendikspor-Bitexen Antalyaspor (Pendik)
20.00 Kasımpaşa-RAMS Başakşehir (Rəcəb Tayyib Ərdoğan)
20.00 Çaykur Rizespor-Beşiktaş (Çaykur Didi)
10 yanvar:
17.00 Atakaş Hatayspor-Qaziantep FK (Mersin)
17.00 VavaCars Fatih Karagümrük-Mondihome Kayserispor (Esenyurt Necmi Kadıoğlu)
20.00 Fənərbaxça-TÜMOSAN Konyaspor (Ülkər)
20.00 Yukatel Adana Demirspor-İstanbulspor (Yeni Adana)
11 yanvar:
17.00 EMS Yapı Sivasspor-Qalatasaray (BG Group 4 sentyabr)
20.00 Trabzonspor-Yılport Samsunspor (Papara Park)
Fərid Aslan
Mia.az