Braziliya prezidenti Luiz İnasio Lula da Silva ölkədə 3 günlük milli matəm elan edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb Braziliya milli komandasının keçmiş futbolçusu, məşqçisi və koordinatoru kimi 4 dəfə dünya çempionu olmuş Mario Zaqallonun vəfatıdır.
Məlumata görə, Zaqallonun 92 yaşında vəfat etməsindən sonra ölkə başçısı fərman imzalayıb.
Fərmanda deyilir: "Qəlbimizdə əbədi yaşayacaq Mario Zaqallonun xatirəsinə ölkədə 3 günlük rəsmi matəm elan olunub. O, Brazilya millisinin bütün zamanların ən güclü futbolçularından, məşqçilərindən biri idi. möhtəşən qazanma ruhuna sahib idi. O, Braziliyanın simvolu idi...".
Xatırladaq ki, Zaqallo həm oyunçu, həm də məşqçi kimi Dünya Kubokunu qazanan ilk şəxs olub.
33 dəfə millinin formasını geyinən Zaqallo bütün futbolçu karyerasını "Flamenqo" və "Botafoqo"da keçirib.
Fərid Aslan
MİA.AZ