Yunanıstan superliqasının komandalarından olan "Panatinaikos" baş məşqçi Fatih Terimin rəhbərliyi altında ikinci matçında "Panaitolikos"la üz-üzə gəlib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Fatih Terimin yetirmələri oyundan qalib ayrılıblar - 2:1.
"Panatinaikos"a qələbə qazandıran qolları 51 və 89-cu dəqiqələrdə Andraz Sporar vurub.
"Panaitolikos" 90+2-ci dəqiqədə fərqi azaltsa da, bundan artığına gücü və zamanı yetməyib.
Bu nəticə ilə Fatih Terimin rəhbərliyi altında "Panatinaikos" ikinci qələbəsini qazanaraq, xalını 40-a yüksəldib.
Hazırda “Panatinaikos” bir oyun üstünlüyü ilə 38 xalla sahib olan PAOK-u qabaqlayaraq liderliyə yüksəlib.
“Panaitolikos” isə 14 xalla 11-ci pillədə qərarlaşıb.
Fərid Aslan
MİA.AZ