Türkiyə Superliqasın bu gün "Qalatasaray" "Konyaspor"u sınağa çəkib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "RAMS Park"da baş hakim Ali Şansalanın idarə etdiyi matçda "Qalatasaray" 3:0 hesabı ilə qalib gəliB.
"Qalatasaray"ın qollarını 63 və 90+3-cü dəqiqələrdə Abdülkerim Bardakcı ilə 90-cı dəqiqədə isə Zaha rəqib qapısından keçiriblər.
Bununla da 15-ci qələbəsini qazanan "sarı-qırmızılı"lar xalını 47-yə yüksəldib və top fərqinə görə “Fənərbağça”dan sonrakı 2-ci pillədəki mövqeyini qoruyub.
“TÜMOSAN Konyaspor” isə həftəni 18 xalla 16-cı pillədə başa vurub.
Fərid
MİA.AZ