Türkiyə Super Liqasının 19-cu həftəsində "Fənərbağça" səfərdə "İstanbulspor"u darmadağın edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyunda "Fənərbağça" rəqibini 5:1 hesabı ilə məğlub edib.
Matça Cengiz Ünder 4 qolla damğasını vurub.
6, 34, 44 və 46-cı dəqiqələrdə səhnəyə çıxan Cengiz Ünderlə yanaşı, 45-ci dəqiqədə isə Dzeko "Fənər"in qollarına imza atıblar.
Meydan sahiblərinin yeganə qolunu 32-ci dəqiqədə Muammer Sarıkaya vurub.
Bu qələbə ilə "Fənərbaxça" xalını 47-yə yüksəldib və liderliyini davam etdirib.
"İstanbulspor" isə liqada 14-cü məğlubiyyətini alıb və 5 xalla sonuncu pillədə qalıb.
Fərid
MİA.AZ