Türkiyədə banan dolu konteynerdə 77 kilo narkotik maddə (Kokain) ələ keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mersin Limanında gömrükçülərin həyata keçirdiyi ilən əməliyyat zamanı konteyner 120 milyon lirə dəyərində 77 kiloqram narkotik maddə aşkarlanıb.
Ticarət Nazirliyinin məlumatına görə, Mersin Gömrük Mühafizəsi Qaçaqmalçılıq və Kəşfiyyat Müdirliyi Mərkəzi və Cənubi Amerika ölkələrindən Mersin limanına gələn konteynerləri yoxlayıb: "Risk qiymətləndirmələri çərçivəsində banan yüklü konteyner şübhəli hesab edilərək təqib altına alınıb. Konteyner rentgen taramasına göndərilib və şübhələr özünü təsdiqləyib. Orada bazar dəyəri 120 milyon lirə olan 77 kq kokain aşkar edilərək götürülüb".
Məlumata görə, faktla bağlı 2 şübhəli saxlanılıb.
Fərid
MİA.AZ