Portuqaliya liqasının 16-cı həftəsində Türkiyə milli komandasının futbolçu Orkun Kökçünün formasını geyindiyi "Benfika" bu gün "Aruka"nı qəbul edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Benfika" oyundan qalib ayrılıb - 3:0
"Benfika"nın qollarını 39-cu dəqiqədə Rafa Silva, 47-ci dəqiqədə Orkun Kökçü və 85-ci dəqiqədə Petar Musa vurublar.
Onu da qeyd edək ki, qarşılaşmada 90 dəqiqə meydanda qalan Orkun 3-cü qola da assistentlik edib.
Bu nəticə ilə xalını 39-a yüksəldən "Benfika" lider "Sportinq Lissabon"dan 1 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.
"Aruka" isə 16 xalla 13-cü pillədə qərarlaşıb.
Fərid
MİA.AZ